Rusiya raket qüvvələri Ukraynanın Xarkov vilayətində komanda məntəqələrini və Nikolayev vilayətində S-300 zenit-raket kompleksinin buraxılış qurğusunu məhv edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.
"Raket qoşunları Xarkov vilayətinin Podolovka rayonunda Dolina yaşayış məntəqəsi ərazisində 81-ci aviasiya briqadasının və 77-ci ərazi müdafiə briqadasının komanda məntəqələrini vurub. Həmçinin, Nikolayev vilayətinin Kulbakino rayonunda S-300 zenit-raket kompleksinin buraxılış qurğusu məhv edilib”, - rusiyalı general vurğulayıb.
İ.Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkilər barədə də açıqlama verib: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələri 146 təyyarə, 112 helikopter, 696 pilotsuz uçuş aparatı, 286 zenit-raket kompleksi, 2783 tank və digər zirehli döyüş texnikası, 316 reaktiv yaylım atəşi sistemi, 1255 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2590 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası itirib".