Makronla Putin arasında söhbət
LİDERLƏR 2 SAATDAN ÇOX DANIŞDILAR
Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
 
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, liderlərin telefon danışığı 2 saatdan çox çəkib.
 
Putin əvvəlcə Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
 
Rusiya prezidenti fransalı həmkarının diqqətini Avropa İttifaqı ölkələrinin Ukrayna silahlı qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasına yönəldib. Putin bildirib ki, Qərb Kiyev hakimiyyətinə müvafiq təzyiq göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla bu vəhşiliklərin qarşısının alınmasına kömək edə bilərdi.
 
Rusiya-Ukrayna danışıqları barədə danışan Rusiya lideri bildirib ki, Kiyevin qeyri-ardıcıllığına və ciddi işə hazır olmamasına baxmayaraq, Rusiya tərəfi əvvəlki kimi dialoqa açıqdır.
 
Vladimir Putin vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ilk növbədə Qərbin sanksiyaları ilə çətinləşir.
 
Qeyd edək ki, bu, Buça şəhərində törədilən faciədən sonra dövlət başçılarının ilk telefon danışığıdır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.