
"Report"un məlumatına görə, ikinci hissənin ortalarında "gənclik şəhəri" təmsilçisinin azarkeşlərindən biri AFFA nümayəndəsi Babək Quliyevə yaxınlaşaraq, baş hakim Kamal Umudlu ilə bağlı sərt etiraz edib. Ona tribunadakı digər yerli azarkeşlər də dəstək veriblər.
Bu zaman “Neftçi"nin qocaman tərəfdarlarından biri "Sumqayıt" fanatları ilə mübahisəyə başlayıb.
Amma polislər vaxtında müdaxilə edərək insidentin böyüməsinə imkan verməyiblər.