Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Rusiya-Ukrayna müharibəsi vurğulanaraq regional mövzular müzakirə edilib.
Türkiyə dövlətinin başçısı qeyd edib ki, Ankara diplomatiya yolu ilə Ukraynada müharibəyə son qoymaq üçün hər cür səy göstərir.
Prezident Ərdoğan Moskva ilə Kiyev arasında danışıqlar prosesinin dəstəklənməsinin vacibliyinə işarə edib.
Liderlər ikitərəfli Türkiyə-Fransa əlaqələrinin inkişafı istiqamətində atılan addımlar barədə də fikir mübadiləsi aparıblar.
Prezident Ərdoğan həmkarını yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib və seçkilərin nəticələrinin Fransanın xeyrinə olmasını arzulayıb.