
Məlumatı “RİA Novosti” Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən yayıb.
İnsidentin səbəblərini aydınlaşdırmaq üçün Qırğızıstanın Ala-Buka istiqamətindəki sərhəd nümayəndəsi dərhal Özbəkistanın Yangi-Kurqan istiqamətindəki sərhəd nümayəndəsi ilə görüş keçirib.
Tərəflər rəsmi araşdırmaların nəticələrinə görə görüşün mayın 6-da davam etdirilməsi barədə razılığa gəliblər. Hadisə ilə bağlı əməkdaşlıq edən orqanlar da məlumatlandırılıb və istintaq tədbirləri başlayıb.