Ermənistanda keçirilən etiraz aksiyaları zamanı gülməli hadisə yaşanıb.
Belə ki, İrəvanda təşkil olunan mitinqlərin birində baş nazir Nikol Paşinyana oxşayan bir nəfər diqqət çəkib.
Yerli media müxalifət fəalları arasında peyda olan həmin etirazçını simvolik mənada "baş nazir özü özünə etiraz edir" kimi təqdim edib.
"Paşinyanın oxşarı olan bu vətəndaş əlində "bayraq"(keçmiş separatçıların "bayrağı"-red.) tutaraq polislərə də etiraz edib. İctimai Radionun keçmiş direktor müavini Lika Tumanyan ilk dəfə bu detalı sezib və o fotonu paylaşaraq qeyd edib ki, "Bu nümayişçini görən polisin ürəyi partladı", - nəşrlərdən biri yazıb.
Azvision.az xatırladır ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.