Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Serqey Qayday “Teleqram”da məlumat verib.
Onun sözlərinə görə, yerli sakinlər əvvəl Mədəniyyət evinə sığınıblarmış. Lakin həmin ev dağıdılıb və insanlar məktəbin binasında gizlənməyə məcbur olublar.
"Beloqorovkada məktəbə endirilən hava zərbəsi nəticəsində 60 nəfər həlak olub. Mayın 7-də saat 16:37-də Beloqorovkada Rusiya aviasiyasının zərbəsi nəticəsində 300-ə yaxın kvadratmetr ərazidə məktəb binasında yanğınlar baş verib və mədəniyyət evində yanğın dörd saat sonra söndürülüb, sonra dağıntıların analizi aparılıb və təəssüf ki, iki nəfərin meyiti tapılıb. Dağıntılar altından 30 nəfər çıxarılıb, onlardan 7-si yaralanıb”, - Qayday bildirib.