Putin Azərbaycan və Ukrayna xalqlarını təbrik etdi - QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİ İLƏ
Rusiya Prezidenti Vladimir Putin Faşizm üzərində Qələbə Günü münasibəti ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərini, eləcə də Gürcüstan və Ukrayna xalqlarını təbrik edib.
 
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 
 
“Rusiya Prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş əsgərlərə və arxa cəbhə işçilərinə minnətdarlıq və ehtiramımızı bildiririk”, - deyə məlumatda vurğulanıb.
 
Putin məktubunda onu da bildirib ki, bu gün ümumi vəzifə müxtəlif ölkələrdən olan insanlara bu qədər iztirab gətirən nasizmin dirçəlişinin qarşısını almaqdır: “Müharibə illərində baş verən hadisələrlə bağlı həqiqətləri, ümumi mənəvi dəyərləri və qardaşlıq dostluğu ənənələrini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq lazımdır”.
 
Bundan əlavə, Rusiya Prezidenti Böyük Vətən Müharibəsi veteranlarına və Ukrayna vətəndaşlarına ünvanladığı müraciətdə Böyük Vətən müharibəsində məğlub olanların ideoloji varislərindən qisas alınmasının yolverilməzliyini bəyan edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.