
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Kompleksindəki təkbətək və nümayəndə heyətləri arasındakı geniştərkibli görüşlərdən sonra müxtəlif sazişlərin imzalanma mərasimi keçirilib.
Qazaxıstan və Türkiyə arasında 15 sənəd, o cümlədən strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Tokayev imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib ki, səfəri çərçivəsində Ankarada 1 milyard dollarlıq sazişlər paketi imzalanıb. O, Türkiyəni çox mühüm strateji tərəfdaş adlandırıb və Ərdoğanı Qazaxıstana səfərə dəvət edib.
Sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları bir müddət stolüstü tennis oynayıblar.


