Böyük Britaniyanın Baş naziri Boris Conson və İsveçin Baş naziri Eva-Maqdalena Andersson təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
“Bu, qısamüddətli proqram deyil, əksinə, hərbi əlaqələri və qlobal sabitliyi gücləndirmək, eləcə də gələcək nəsillər üçün Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün uzunmüddətli öhdəlikdir”, - B.Conson bildirib.
Böyük Britaniyanın Baş naziri bu gün Finlandiya ilə də analoji saziş imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sazişə əsasən, Finlandiya lazım gələrsə, Britaniyanın köməyinə arxalana bilər.
Yeri gəlmişkən, Finlandiya və İsveç bir həftə ərzində NATO-ya üzvlük üçün müraciət edə bilərlər.
**15:34
Böyük Britaniyanın Baş naziri Boris Conson NATO-ya üzv olmağı planlaşdıran İsveçə səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir İsveçdən sonra Finlandiyaya gedəcək.
Səfərlər zamanı Baş nazir hər iki ölkənin liderləri ilə görüşərək Avropanın təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsini müzakirə edəcək.
“Biz NATO-ya üzvlük kimi məsələlərdə qərar qəbul etmək üçün ölkələrin demokratik imkanlarını dəstəkləyirik. İsveç və Finlandiyanın mövqelərini başa düşürük. Buna görə də səfər zamanı daha geniş təhlükəsizlik məsələləri müzakirə ediləcək”, - deyə Britaniya Baş nazirinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Finlandiyanın Baş naziri Sanna Marin və İsveçin Baş naziri Maqdalena Andersson aprelin 13-də Stokholmda görüşərək NATO-ya üzvlük məsələsini müzakirə ediblər.