İrəvanda aksiyalar - ONLARLA MÜXALİFƏTÇİ SAXLANILDI
Bu gün Ermənistanda keçirilən etiraz aksiyası zamanı xeyli sayda müxalifətçi saxlanılıb. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilir ki, İrəvanın Abovyan və Arami küçələrinin kəsişməsində təşkil edilmiş aksiyanın 15 iştirakçısı bölmələrə aparılıb.
 
"Polis bölmələrinə çatdırılanların hamısına İnzibati Xətalar Məcəlləsinin 182-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi tətbiq edilir" - məlumatda deyilir.
 
Qeyd edək ki, İrəvanda günorta saatlarında eyni vaxtda dörd aksiya təşkil edilib. Aksiya iştirakçıları avtoyürüşlə Respublika meydanına doğru gəlsələr də, etirazçıların heç biri ora buraxılmayıb. Polis avtomobilləri evakuatorlarla apararaq yolun hərəkət hissəsini azad edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.