Ceyhun Bayramov Düşənbədə Sergey Lavrovla görüşdü
Düşənbədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
 
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumatda deyilir: "Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.
 
Nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.
 
Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.
 
Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.