İrəvanda növbəti aksiya
POLİS FƏALLARA QARŞI YENƏ GÜC TƏTBİQ EDİR
Ermənistanda vəziyyət gərgin olaraq qalır. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu gün paytaxtda etiraz aksiyalarını davam etdirən müxalifət öz mitinqlərinə əlavə xeyli sayda gənci də cəlb edib.
 
“Gəncliyin səsi” hərəkatının fəalları Tibb Universitetinin yaxınlığındakı Abovyan küçəsini bağlayıblar. Əraziyə cəlb edilən polis qüvvələri fəalları saxlayaraq bölmələrə aparıb.
 
"Etirazçılar yolun kənarında oturaraq məşəl yandırıblar. Sürücülər isə siqnal verməklə onlara dəstək nümayiş etdiriblər. Bir neçə dəqiqə sonra etirazçıların qarşısına çıxan polis əvvəlcə yolun açılmasını tələb edib və müxalifətçilər onların tələbini yerinə yetirmədiyi üçün fəallar saxlanılıb. Saxlanılmayan fəallar yürüş təşkil edib. Lakin hadisə yerinə gələn əlavə polis qüvvələri onları səkiyə çıxarıb", - deyə saytlar yazıblar.
 
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət mayın 2-dən aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.