
Senzor.az bildirir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda rusiyalı Rinas Axmadeyev qalib gəlib. Atlet marşrutu 1 saat 4 dəqiqəyə qət edib.
Onun 32 yaşı var. Rinas əslən Kazan şəhərindəndir.
Qadınlar arasında isə birinci yerin qalibi Ukrayna təmsilçisi Valentina Vereskaya olub.

2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.