Ermənistanda vəziyyət gərgin olaraq qalır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu gün səhər saatlarından müxalifət yenidən paytaxt küçələrini bağlayaraq nəqliyyatın hərəkətini iflic etməyə çalışıb.
Artıq polisin onlara qarşı güc tətbiq etdiyi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasından olan vitse-spikeri, daşnak İşxan Saqatelyan dünən axşamkı çıxışında bu gün genişmiqyaslı itaətsizlik aksiyaları elan edib: “Saat 8:00-dan biz bütün şəhərdə kütləvi itaətsizlik və etiraz aksiyalarına başlayacağıq. Küçələri bağlayacağıq, nəqliyyatın hərəkətini dayandıracağıq. Səhər bütün şəhər iflic vəziyyətinə düşməlidir”.
Saqatelyan dövlət qulluqçularına, işə gedəcək bütün vətəndaşlara müraciət edib: “İşəgötürənlərinizə sabah işə gəlməmək üçün qanuni hüququnuz olduğunu bildirin, çünki şəhər mahiyyətcə iflic olacaq".
Müxalifətçi, həmçinin tələbələri dərsə getməməyə, sürücüləri isə küçələrdə siqnal verməyə və bununla da etirazlara qoşulmağa çağırıb.