Ukraynanın müdafiə naziri “Azovstal” müdafiəçilərinə sağ qalmağı əmr etdi FOTO
“Donetsk vilayətinin Mariupol şəhərinin müdafiəçilərinə canlarını xilas etmək əmri verilib”.
 
Unian.net bildirir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
 
“Bu gün çox mürəkkəb və mühüm proseslər gedir, o cümlədən Qırmızı Xaç təşkilatının köməyi ilə danışıqlar aparılır. Nəticədə bu, son dərəcə ağır vəziyyətdə olan yaralıların təxliyyəsidir. Bizim planımız onları xilas etməkdir, azadlıq haqqında isə sonra düşünmək olar”, – deyə nazir vurğulayıb.
 
O qeyd edib ki, 20 minə qədər rus işğalçısından ibarət qrupların saxlanılması və onların Zaporojyeyə, daha sonra Donbasa buraxılmaması, o cümlədən qoşunların Kiyevdən uzaqlaşdırılması əmri yerinə yetirilib, buna görə də şəhərin bütün müdafiəçiləri qəhrəmandırlar.
 
“Onların indi yeni əmri var - canlarını xilas etmək. Ukraynanın onlara ehtiyacı var. Əsas olan odur”, – deyə müdafiə naziri bəyan edib.
 
Xatırladaq ki, mayın 16-da blokadaya alınmış “Azovstal” zavodundan Mariupol müdafiəçilərinin təxliyəsi başlayıb. Prezident Volodimir Zelenski axşam müraciətində hərbçilərin “Azovstal”dan xilas edildiyini açıqlayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.