Ərdoğanla Conson Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb. 

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsindən məlumat verilib.

 

İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətləri və regional hadisələr, o cümlədən Ukrayna ilə Rusiya arasındakı müharibə müzakirə edilib.

 

Prezident Ərdoğan bildirib ki, İsveçlə Finlandiyanın PKK/YPG terror təşkilatının nəzarətində olan şəxslərlə və qondarma qurumlarla münasibətləri əsas problem olaraq qalır.

 

Dövlət başçısı qeyd edib ki, Ankara Finlandiya və İsveçin NATO dəyərlərinə dəstək verəcəyinə və Türkiyənin qanuni maraqlarının nəzərə alınacağına əmin olmalıdır.

 

Prezident Ərdoğan terrora dəstək verən ölkələrin NATO-ya üzvlük müraciətinə Türkiyə ictimaiyyətinin ədalətli reaksiyasına məhəl qoymamağın yolverilməzliyinə də diqqət çəkib.

 

Liderlər ikitərəfli Türkiyə-Britaniya münasibətlərinin vəziyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.