ABŞ Prezidenti Co Baydenin Şimali Koreya lideri Kim Çen İn-a salamdan başqa deyəcək sözü yoxdur.
Cənubi Koreyanın “Çoson İlbo” nəşrinin yaydığı məlumatda belə deyilir.
Məlumata görə, Cənubi Koreyada olarkən jurnalistlər Baydendən Kim Çen İn-a çatdıracaq sözünün olub-olmadığını soruşublar. Prezident də, “Salam. Bitdi... Nöqtə” deyə cavab verib.