ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Ceff Flake Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, səfirə ötən gün İstanbulda keçirilən aksiyada asayişin təmin olunması istiqamətində peşə vəzifələrini yerinə yetirən Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı tutarsız iddialar və zor tətbiqetmə ilə bağlı ABŞ səfirliyinin qeyri-dəqiq informasiya yaymasının Ankaranı narahat etdiyi bildirilib.
"ABŞ-ın ölkəmizdəki səfirinə, Birləşmiş Ştatlarda polis qüvvələrinin mülki vətəndaşlara qarşı zorakılıq halları xatırladılaraq, siyasi partiyaların keçirdiyi mitinqlərin Türkiyə demokratiyasında özünəməxsus ənənə halına gəlməsi bildirilib" – məlumatda vurğulanıb.
Həmçinin, Türkiyədə fikir və söz azadlıqlarının təmin olunmasında hansısa problemlərin olduğu imicini yaratmağın qəbuledilməz olduğu xatırladılıb.