Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirib”, - məlumatda deyilir.
**19:53
Brüsseldə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.
Senzor.az bildirir ki, Şarl Mişel Nikol Paşinyanı qarşılayıb. Daha sonra onlar birgə foto çəkdiriblər.
Qeyd edək ki, artıq Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.
Paşinyan-Mişel görüşündən sonra üçtərəfli görüşün və danışıqların başlayacağı gözlənilir.