ABŞ lideri Co Bayden Prezident qismində Yaponiyaya ilk dəfə rəsmi səfərə gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onun səfəri etirazla qarşılanıb.
Etirazçılar bu səfərin Çinlə münasibətlərə mənfi təsir edəcəyindən ehtiyatlanırlar.
Səfər şərçivəsində Co Bayden Baş nazir Fumio Kisida, imperator Naruxito, həmçinin KXDR kəşfiyyatının oğurladığı şəxslərin ailələri ilə görüşəcək.
Ertəsi gün Bayden Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq Qrupunun (QUAD) liderləri ilə görüş keçirəcək. Görüşdə Avstraliyadan Baş nazir Skott Morrison, Hindistandan Baş nazir Narendra Modi və Yaponiyadan Baş nazir Fumio Kisida iştirak edəcəklər.
Senzor.az xatırladır ki, QUAD 2007-ci ildə Yaponiyanın Baş naziri Sindzo Abe tərəfindən ABŞ-ın vitse-prezidenti Dik Çeyni, Avstraliyanın Baş naziri Con Qorvard və Hindistanın Baş naziri Manmoxan Sinqhin dəstəyi ilə təsis olunub.
Avstraliya iştirakdan imtina etdiyi üçün qrup 2008-ci ildə fəaliyyətini dayandırıb. 2017-ci ilin noyabrında isə ABŞ-ın o vaxtkı Prezidenti Donald Tramp administrasiyası qrupun fəaliyyətinin yenidən bərpa edib.