“Ukrayna parlamentli prezident respublikasıdır və hakimiyyət ölkə rəhbərliyindən kiminsə öldürülməsi ehtimalı ilə bağlı müxtəlif variantlar təqdim edib”.
Senzor.az bildirir ki, bunu Volodimir Zelenski Davos forumunda “Rusiyanın Ukrayna Prezidentinə qarşı sui-qəsd cəhdlərindən birinin uğur qazanacağı təqdirdə planlarının olub-olmaması” barədə bir neçə dəfə verilən suala cavabında deyib.
"Qanunvericiliyimizə görə, dövləti idarə edəcək kimsə var. Biz hazırlaşmışıq, mən də, Baş nazir də, parlamentin spikeri də... Əgər bu və ya digər formada itki olsa, biz bu prosesə hazır olacağıq. Nazirlər Kabinetini iki yerə ayırmışıq ki, ölkə hətta belə hallarda da qoruna bilsin”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident onu da əlavə edib ki, belə bir təhlükə hər gün qalır...