İrəvanda müxalifət XİN-in binasına hücum etdi
VİDEO

Ermənistan müxalifəti bu gün səhər saatlarından başlayaraq Fransa meydanında növbəti yürüş təşkil edib. 

 

Yerli KİV bildirir ki, “Müqavimət” hərəkatının tərəfdarları Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binasına çatanda buranın girişini bağlamağa çalışıblar. Hərəkatın koordinatorlarından biri, daşnak İşxan Saqatelyan etirazçıları XİN-dəkilərin iş rejimini iflic etməyə çağırıb.

 

“Xarici işlər naziri artıq Ermənistanın maraqlarına xidmət etmir, bütün giriş-çıxışlar bağlanmalıdır”, - Saqatelyan deyib.

 

Binanın blokadaya alınması səbəbindən bir çox işçilər içəri keçə bilməyiblər.

 

Bundan öncə İşxan Saqatelyan polisin Kotayk, Qeqarkunik və Tavuş vilayətlərində Daşnaksütyun partiyasının üzvlərinin mənzillərində axtarışlar apardığını bəyan etmişdi.

 

Azvision.az xatırladır ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasəti göstərirlər. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyub. Onlar aksiyalarında təxribatçı çağırışlar edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.