Ermənistanda bu gün səhər saatlarından etiraz aksiyaları yenidən başlayıb.
TASS xəbər verir ki, “Müqavimət” hərəkatının fəalları çərşənbə günü tezdən Baqramyan prospektində Prezident Sarayının əsas və xidməti girişlərini bağlayıblar.
Arada asayiş keşikçiləri ilə aksiyaçılar arasında qısa toqquşma yaşanıb. Amma hər iki tərəfin səyi ilə insidentin böyüməsinin qarşısı alınıb.