Azaraq Azərbaycan ərazisinə keçmiş erməni əsgəri geri qaytarılacaq

Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov yaxın vaxtlarda Ermənistan tərəfinə təhvil veriləcək.

 

Caliber.Az-ın yaydığı məlumatda belə deyilir.

 

Xatırladaq ki, Eduard Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

 

Erməni əsgərinin təhvil verilməsi Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq.

 

Azərbaycan tərəfinin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Eduard Martirosov diversant olmayıb, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və azaraq Azərbaycan sərhədini keçib.

 

Nəşrin yazdığına görə, çox güman ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması barədə razılıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Brüsseldə baş tutan görüş zamanı əldə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.