Paşinyan müxalifətin mitinqlərindən danışdı
“VƏTƏNDAŞLARDAN DƏSTƏK GÖRMÜR, ONA GÖRƏ DƏ İNTİQAM ALIR”

İrəvanda keçirilən etiraz aksiyalarının məqsədi vətəndaşlar və bütövlükdə cəmiyyət üçün mümkün qədər çox narahatçılıq yaratmaqdır. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

 

“Hazırkı situasiya siyasilikdən çıxıb, o artıq kifayət qədər logistik bir duruma çevrilib... Müxalifətin bütün vasitə və mexanizmlərlə öz mesajlarını cəmiyyətə çatdırmaq üçün bütöv bir ay vaxtı var idi. Ümumiyyətlə, bu cür aksiyaların məqsədi cəmiyyəti proseslərə cəlb etmək və siyasi tələb formalaşdırmaqdır. Amma bu baş vermədi”, - deyə hökumət başçısı vurğulayıb.

 

O qeyd edib ki, indi proseslər hakimiyyətin əleyhinə deyil, cəmiyyətin əleyhinə gedir. Paşinyanın sözlərinə görə, müxalifətin niyyəti odur ki, insanlar onlara qoşulmasalar, bu qüvvələr paytaxtda daha çox narahatlıqlar, tıxaclar yaradacaqlar.

 

Baş nazir vurğulayıb ki, etiraz aksiyalarının təşkilatçıları vətəndaşlardan onlara qoşulmaqdan imtina etdiklərinə, ötənilki parlament seçkilərinin nəticələrinə görə intiqam alırlar. Bundan əlavə, o əmindir ki, rəqiblər özləri reytinqlərini minimum səviyyəyə endirirlər və bu mənada “biz onlara qarışmamalıyıq”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.