2022-ci il aprelin 23-də Zəngilan istiqamətində azaraq Azərbaycan ərazisinə keçən və sərhədçilərimiz tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə keçirilən görüşün nəticəsi olaraq baş verib.
Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Eduard Martirosov mayın 26-da erməni tərəfinə təhvil verilib.