Ermənistan prezidenti də Azərbaycanla sülh barədə danışdı
“BİZ BUNU HƏQİQƏTƏN İSTƏYİRİK, ÇÜNKİ...”

“Ermənistan tərəfi Azərbaycanla danışıqlara nikbin yanaşır”.

 

Bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan DW-yə müsahibəsində Brüsseldə üçtərəfli danışıqlarla bağlı sualı cavablandırarkən deyib. 

 

 

“Biz nikbinik, çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirik. Həqiqətən də, bu ərazidə qonşuların dinc yaşaması olmadan təkcə bizim üçün yox,  bu regionun bütün ölkələri üçün irəli getmək mümkün deyil. Mən Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı nəzərdə tuturam. Biz dinc yanaşı yaşamaq üçün imkanlar tapmalıyıq. İndi bu, realdır, xüsusən ona görə ki, vasitəçilər var: Avropa İttifaqının, Rusiyanın, Minsk Qrupunun simasında. Biz bu imkanlardan istifadə etməliyik”, - deyə o bildirib. 

 

Ermənistan prezidenti xatırladıb ki, Brüssel görüşü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçüncüdür. Onun sözlərinə görə, bu, ümid verir ki, Aİ işi başa çatdırmaq istəyir: “Əlbəttə, bu, çətin yol olacaq, çünki münaqişə 1990-cı illərdən davam edir. Amma əsas odur ki, hər iki tərəfdə istək var və hər iki tərəfin razılığa gəlməsinə kömək etmək istəyənlər var”. 

 

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasından sonra birgə dinc yanaşı yaşama erası başlamalıdır.(“Qafqazinfo”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.