Qarabağ “prezidenti” Arayik Arutyunyan Paris meri Ann Hidalqonun başçılıq etdiyi Fransa nümayəndə heyətini qəbul edib.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, görüş Gorusda olub.
Arutyunyan qeyd edib ki, Qarabağ “hakimiyyəti” Fransanın siyasi dairələri ilə vaxtaşırı əlaqələri yüksək qiymətləndirir.
Öz növbəsində Hidalqo qeyd edib ki, Paris humanitar proqramlar çərçivəsində “Artsax xalqını” dəstəkləmək üçün lazımi səyləri göstərməyə hazırdır.
Tərəflər, həmçinin qanunverici və icra hakimiyyəti nümayəndələrinin, Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyanın, ARFD Bürosu üzvlərinin, Fransa erməni təşkilatları Koordinasiya Şurasının məsul şəxslərinin, Sünik qubernatoru Robert Qukasyanın və digər vəzifəli şəxslərin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər.
Humanitar məsələlərin geniş spektri müzakirə olunub.
Senzor.az