Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 18 silahlısını zərərsizləşdirib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, terrorçulara hücum “Pençe-Kilit” əməliyyatı bölgəsində PUA-larla edilib.
Məlumatda o da qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcək.