“Real" UEFA Çempionlar Liqasının qalibi oldu - 14-cü DƏFƏ

Mayın 28-də futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

 

Senzor.az bildirir ki, Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda “Liverpul” və “Real Madrid" komandaları qarşılaşıblar.

 

Oyununun birinci hissəsində hesab açılmayıb.

 

Matçın 59-cu dəqiqəsində Federiko Valverdenin cinah ötürməsindən sonra Vinisius Junior hesabı açıb -1:0. Oyunda başqa qol olmayıb.

 

Beləliklə, Karlo Ançelottinin yetirmələri minimal hesablı qələbə qazanaraq 14-cü dəfə Çempionlar Liqasının qalibi olublar.

 

Qeyd edək ki, komandalar qitənin ən nüfuzlu klub turnirində bu oyunadək 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanmış, bir görüş heç-heçə başa çatmışdı. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var idi - 10:8.

 

Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Hazırda Yürgen Kloppun baş məşqçisi olduğu komanda isə Çempionlar Liqasının finalında 6 dəfə qələbə sevinci yaşayıb.

 

Bununla da Avropada 2021-2022-ci il futbol mövsümünə yekun vurulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.