Rusiya ordusu Luqansk vilayətinin Severdonetsk şəhərini tamamilə ələ keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat yayıb.
“Onların bütün mövqeləri dağıdılıb. Şəhər azad edilib.. Sakinlər rahat nəfəs ala bilirlər. Bundan sonra onlar artıq təhlükə altında deyillər”, - deyə Kadırov qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Severodonetsk şəhərinin Rusiya Ordusunun nəzarətinə keçməsini təkzib edib. Baş Qərargahın yaydığı məlumatda Rusiya qüvvələrinin artilleriya dəstəyi ilə Severodonetsk şəhərinə hücum etdiyi, döyüşlərin davam etdiyi bildirilir.
Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday da şəhərdə Ukrayna bayrağının dalğalandığını, Rusiya hərbçilərinin yalnız “Mir” mehmanxanası ərazisinə nəzarət etdiyini açıqlayıb. S.Qayday döyüşlərin əraf kəndlərdə və Severodonetskin girişində davam getdiyini bildirib.
Senzor.az