Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının daha 15 yaraqlısını zərərsizləşdirib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “Tvitter” hesabında məlumat yayıb.
Məlumata görə, məhv edilən yaraqlılar Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” və “Zeytun budağı” antiterror əməliyyatları zonasında silahlı hücum hazırlayırlarmış.
“Türkiyə Silahlı Qüvvələri terrorla mücadiləsini davam etdirir”, - məlumatda vurğulanıb.
Saldırı hazırlığı yapan teröristleri tespit edildikleri yerde etkisiz hâle getirmeye devam ediyoruz.
Barış Pınarı ve Zeytin Dalı bölgelerine saldırı hazırlığında oldukları belirlenen 15 PKK/YPG'li terörist daha Türk Silahlı Kuvvetlerimiz tarafından etkisiz hâle getirildi.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma)