Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumata görə, söhbət zamanı regional məsələlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi, həmçinin ikitərəfli münasibətlər müzakirə edilib.
Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının tezliklə bərpasına, müharibənin mənfi təsirlərini minimuma endirəcək və etimadı artıracaq addımlara ehtiyac olduğunu bildirib.
Dövlət başçısı Türkiyənin, prinsipcə hər iki tərəf razılaşarsa, İstanbulda Rusiya, Ukrayna və BMT üçtərəfli görüşünün təşkilinə və mümkün müşahidə mexanizmində rol oynamağa hazır olduğunu ifadə edib.
Türkiyə lideri əlavə edib ki, PKK/YPG terror təşkilatının Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumları davam edir. Prezident Ərdoğan 2019-cu ilin oktyabrında imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr dərinlikdə terrordan təmizlənmiş zonanın yaradılmasının mümkün olmadığını, bu ərazidə təhlükəsizin təmin eidlməsinin zəruri olduğunu vurğulayıb.