ABŞ generalı Ukrayna müharibəsi haqda - “NÖVBƏTİ BİR NEÇƏ HƏFTƏ HƏLLEDİCİ OLACAQ"

Rusiya Federasiyasının genişmiqyaslı işğal əməliyyatları səbəbindən Ukraynada vəziyyət daha da ciddiləşə bilər. 

 

Senzor.az bildirir ki, ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bunu "Fox News" telekanalının efirində deyib.

 

Onun sözlərinə görə, ABŞ yeni arzuolunmaz situasiyanın qarşısını almaq üçün addımlar atır. Millinin fikrincə, bu istiqamətdə atılacaq addımlardan biri ABŞ və Rusiya ordusu arasında danışıqlar aparmaqdır.

 

“Mən belə hesab edirəm ki, eskalasiya ehtimalı hər zaman var. Bunu müəyyən mənada idarə etməli və eskalasiya şansını dəyərləndirməliyik. Biz bununla məşğuluq. Ona görə də nazir Ostinin həmkarı ilə danışmasının şahidi oldunuz. Mən də rusiyalı həmkarımla danışıqlar aparıram ki, bu proseslər indi olduğundan daha dəhşətli bir şeyə çevrilməsin. bunun qarşısını alaq”, - deyə amerikalı general vurğulayıb.

 

Milli həmçinin əminliyini ifadə edib ki, Ukraynadakı müharibənin yaxın bir neçə həftəsi həlledici olacaq: “Hazırda Donbasda Ukrayna və Rusiya qüvvələri arasında əhəmiyyətli döyüşlər davam edir. Qarşıdakı həftələr ərzində vəziyyətin necə inkişaf edəcəyini proseslərin növbəti inkişafı müəyyən edəcək”.

 

Ümumilikdə isə o, hər iki tərəfin əhəmiyyətli sayda itkilərini nəzərə alaraq, müharibədən ən yaxşı çıxış yolunun sülh danışıqları olduğunu bildirib: “Danışıqlar yolu ilə mübahisələrin həlli daha məntiqi seçim olardı. Hər şeyin necə bitəcəyi ilə bağlı qərarı Ukrayna Prezident Volodimir Zelenski və Rusiya Prezident Vladimir Putin verməlidirlər".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.