Serj Sarkisyanın qardaşı oğlu və Surik Xaçatryanın oğlu saxlanıldı - SƏBƏB?

 

Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın qardaşı oğlu və Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu saxlanılıblar.

 

Senzor.az bildirir ki, bu barədə “Sputnik Armeniya” öz mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Hayk Sarkisyanın (Aleksandr Sarkisyanın oğlu) hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilindiyini yazmışdı.

 

Xaçatryanın vəkili Benik Qalstyanın sayta verdiyi məlumata görə, keçmiş qubernatorun oğlu da hökumət rəsmisinə qarşı zorakılıqda ittiham olunur. Vəkil artıq Xaçatryanın saxlanması ilə bağlı şikayət verib və ona 24 saat ərzində baxılmalıdır.

 

Məlumatda o da vurğulanıb ki, hər iki saxlanılan müxalif “Müqavimət” hərəkatının aksiyalarında fəal iştirak edib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.