Ədalət Vəliyev bu dəfə İqbal Ağazadə ilə görüşdü - SİYASİ DİALOQ

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində siyasi partiya rəhbərləri ilə təşkil olunan görüşlər davam etdirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin növbəti görüşü iyunun 2-də Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə keçirilib.

 

Senzor.az Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə istinadən bildirir ki, görüş çərçivəsində şöbə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, iqtidar-müxalifət siyasi dialoqu və bunun nəticəsi olaraq yaranan sağlam siyasi mühit, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 may tarixli sərəncamı, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə, Böyük Qayıdış çərçivəsində görülən işlər və sürətlə reallaşdırılan layihələr, yeni geosiyasi reallıqlar, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və bir sıra digər aktual məsələlər haqqında fikirlərini bildirib.

 

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri xüsusi olaraq müzakirə edilib. Qardaş Türkiyə ilə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Administrasiya rəsmisi Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini qeyd edib. Ölkəmizdə keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək məqsədilə Türkiyə Prezidentinin Azərbaycana səfərini əlamətdar hal kimi dəyərləndirilən şöbə müdiri tədbirdə hər iki ölkənin rəhbərləri tərəfindən səsləndirilmiş siyasi mesajların qardaşlıq münasibətlərinin əbədiləşdirilməsinə xidmət etdiyini bildirib.

 

Şöbə müdiri ölkəmizdə cərəyan edən siyasi prosesləri şərh edərkən, siyasi partiyaların artan ictimai nüfuzunu xüsusi vurğulayıb. Bu mənada siyasi partiyaların maarifləndirici funksiyasını qeyd edən Administrasiya rəsmisi Azərbaycan haqqında obyektiv məlumatların yayılmasında və onların beynəlxalq təşkilatlara çatdırılmasında siyasi partiyaların daha fəal mövqe sərgiləmələrini arzulayıb.

 

Partiya sədri öz növbəsində ölkənin demokratik münasibətlər təcrübəsinin zənginləşməsinə xidmət edən siyasi dialoqla bağlı təşəbbüsləri dəstəklədiyini qeyd edib və bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini vurğulayıb. İqbal Ağazadə ölkəmizin Türkiyə ilə münasibətlərini yüksək dəyərləndirib və işğaldan azad olunmuş ərazilərin bərpasında yerli şirkətlərlə yanaşı, xarici, o cümlədən Türkiyə şirkətlərinin iştirakını xüsusilə təqdir edib.

 

Görüş çərçivəsində aparılmış müzakirələrdə siyasi proseslərin iştirakçıları arasında etibarlı münasibətlərin qorunması məsələsinə də toxunulub. Belə ki, ölkəmizdə demokratik ənənələrin dərinləşməsi haqqında söhbət açan şöbə müdiri radikal müxalifət nümayəndələrinin sərt, qərəzli və inkarçı ritorikadan istifadə etməsinin bu proseslərə şüurlu şəkildə zərər vurmasına xidmət etdiyini vurğulayıb.

 

Görüşün sonunda Administrasiya rəsmisi əməkdaşlığa açıq və fəal mövqeyinə görə İqbal Ağazadəyə təşəkkürünü bildirib, onun sədrlik etdiyi siyasi partiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.