Aİ-nin xüsusi nümayəndəsi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə Dağlıq Qarabağda nizamlanmanı və Gürcüstandakı böhranı müzakirə edib.

 

Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Mirzoyan Klaara Ermənistanın regional sülh, sabitlik və Dağlıq Qarabağda münaqişənin həlli ilə bağlı mövqeyini təqdim edərək, bu kontekstdə işi ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində bərpa etməyin zəruriliyini təsdiqləyib.

 

 

Tərəflər Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər. Mirzoyan müqavilələrin “həqiqətə uyğun olmayan şərhinin yolverilməzliyini” qeyd edib. O, bu məqsədlə konstruktiv atmosferin və ritorikanın təmin edilməsinin vacibliyini vurğulayıb.

 

Həmsöhbətlər sərhədlərin delimitasiyası və təhlükəsizliyi, kommunikasiyaların açılması üzrə komissiyanın işi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Ermənistanın xarici işlər naziri Azərbaycanın guya “sərhəd təxribatlarının köməyi ilə Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün döyüşkən bəyanatlarını və davamlı cəhdlərini qəbuledilməz” adlandırıb.

 

Qeyd edək ki, bundan əvvəl Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb. Tərəflər Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçilyi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında reallaşan görüşün nəticələrini müzakirə ediblər.

 

Qeyd olunub ki, İrəvanda keçirilən görüşdə Armen Qriqoryan Azərbaycanla ölkəsi arasında normallaşama prosesində Avropa İttifaqının rolunu yüksək qiymətləndirib.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.