Mehmet Öz Respublikaçılar Partiyasından ABŞ Senatına ilkin seçkilərdə qalib gəldi

Məşhur həkim və teleaparıcı, ABŞ-ın sabiq Prezidenti Donald Trampın dəstəklədiyi doktor Mehmet Öz cümə günü Respublikaçılar Partiyasından ABŞ Senatına ilkin seçkilərdə rəsmən qalib gəlib. Onun rəqibi, “Bridgewater Associated” hec-fondunun baş direktoru vəzifəsini tutan biznesmen Devid MakKormik Pensilvaniya ştatından senator vəzifəsi uğrunda mübarizədə kifayət qədər seçici səsi toplaya bilməyib. MakKormik məğlub olduğunu etiraf edib.

 

Mehmet Öz öz namizədliyini hələ keçən il noyabrın 30-da irəli sürüb. Mehmet Özün bu niyyəti dərhal onun Pensilvaniya sakini olub-olmaması barədə mübahisələrə səbəb olub, çünki o, əvvəllər Nyu-Cersi ştatının Kliffsayd-Park şəhərində yaşayıb, ömrünün çox hissəsi orada keçib. 2020-ci ilin oktyabr ayında o, Pensilvaniyada namizəd kimi qeydiyyata alınıb. 2022-ci ilin yanvarında Devid MakKormikin mübarizəyə qoşulması Mehmet Özün tərəfdarları arasında yaxşı qarşılanmayıb, çünki o, əvvəllər Donald Trampın “Amerika hər şeydən üstündür” adlı iqtisadi siyasətini tənqid edirdi.

 

2020-ci il oktyabrın 5-də fəaliyyətdə olan respublikaçı senator Pet Tumi üçüncü müddətə namizədliyini irəli sürməyəcəyini elan edib. Bununla əlaqədar, seçkilərin kəskin rəqabət şəraitində keçəcəyi gözlənilir. Senata hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirmək üçün bu seçkilər mühüm rol oynayacaq. Hesab edilir ki, demokratlar məhz Pensilvaniyada bir yeri respublikaçıların əlindən ala bilər. İndi, Mehmet Özün ilkin seçkilərdə qələbəsindən sonra ABŞ Konqresinə noyabr ayında keçiriləcək aralıq seçkilərdə onun rəqibi Demokratlar Partiyasından namizəd, ştatın vitse-qubernatoru Con Fetterman olacaq. ABŞ Nümayəndələr Palatasına seçkilər 2022-ci il noyabrın 8-də, Prezident Co Baydenin səlahiyyət müddətinin ortalarında keçiriləcək. ABŞ-ın 50 ştatının hər birində Konqresin 435 dairəsinin hamısından nümayəndələr seçiləcək.

 

Doktor Mehmet Öz ilkin seçkilərdə qələbəsindən sonra verdiyi bəyanatda deyib: “Bizim hədəfimiz Pensilvaniya və Amerika üçün işıqlı gələcəkdir. İndi, ilkin seçkilər başa çatandan sonra biz çalışacağıq ki, ABŞ Senatındakı bu yer Con Fetterman başda olmaqla solçu radikalların əlinə keçməsin”.

 

AZƏRTAC xatırladır ki, türk mənşəli amerikalı Mehmet Öz “Doktor Özün şousu” adlı populyar televiziya verilişinin aparıcısıdır. 1960-cı ildə Ohayo ştatında türkiyəli immiqrantlar ailəsində anadan olub. Harvard Universitetini bitirib, Pensilvaniya Universitetində doktorluq dərəcəsi alıb. 2001-ci ildən Kolumbiya Universitetinin cərrahiyyə şöbəsinə rəhbərlik edib, Nyu-York Presviterian hospitalında dərs deyib. 2001-ci ildən mütəmadi olaraq televiziyada, radioda, digər kütləvi informasiya vasitələrində çıxış edir. Beş mövsüm ərzində Opra Uinfrinin məşhur şousunda tibb rubrikasını aparıb, “Larri Kinq ilə axşam”, “Sabahın xeyir, Amerika”, “Bu gün” kimi populyar tv-şoularda dəfələrlə çıxış edib. Hazırda özünün “Doktor Özün şousu” adlı ayrıca proqramı var. “SƏN: tətbiq üzrə təlimat”, “SƏN: pəhrizdə”, “SƏN: gənc qalırsan” adlı kitabların müəllifidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.