Ermənistan müxalifəti İrəvanın mərkəzində yenidən yürüş keçirir

"Müqavimət" hərəkatının tərəfdarları İrəvanın mərkəzində növbəti yürüşə başlayıblar.

 

Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, müxalifətçilər Maştots prospekti ilə irəliləyirlər. Onlar hökumət bağlarına getmək, sonra isə Fransa meydanına qayıtmaq niyyətindədirlər.

 

Yürüş öncəsi Fransa meydanında mitinq keçirilib və o, əsasən, ötən gün Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində baş verən hadisələrin təhlilinə həsr olunub.

 

Xəbər verildiyi kimi, iyunun 3-də Yerevanda Dəmirçiyan və Proşyan küçələrinin kəsişməsində müxalifət yürüşünün iştirakçıları ilə polis arasında toqquşmalar baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, tibb mərkəzinə ümumilikdə 60 nəfər müraciət edib, onlardan 39 – u polisdir. Ermənistanın səhiyyə naziri Anait Avanesyan onları ziyarət edib.

 

Hüquq-mühafizə orqanları bu hadisələri kütləvi iğtişaşlar kimi qiymətləndiriblər. Cinayət işi açılıb. İstintaq çərçivəsində 13 nəfər saxlanılıb.

 

Xatırladaq ki, "Müqavimət" hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda bir aydan çoxdur ki, etiraz aksiyaları keçirir. Hakimiyyətin opponentləri hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.