Ermənistanda son iğtişaşlara görə 10 nəfər həbs edilib
RƏSMİ

İrəvanda bir neçə gün öncə polislə etirazçılar arasında Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində baş vermiş toqquşma ilə bağlı 10 nəfər həbs edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Qeyd olunub ki, prosesə təqsirləndirilən şəxs qismində 15 nəfər cəlb edilib. Onlara qarşı kütləvi iğtişaşların təşkili maddəsi ilə ittiham irəli sürülüb. Həmin vətəndaşlardan 10-u barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 4 nəfər barəsində isə xüsusi tədbirlər seçilib ki, bunlar da azadlıqdan məhrum etmə ilə bağlı deyil.

 

İstintaq Komitəsinin yaydığı məlumatda həmçinin vurğulanıb ki, bu 15 nəfərdən başqa daha bir vətəndaş saxlanılıb. Onun həbsi ilə bağlı vəsatət qaldırılıb.

 

Xatırladaq ki, iyunun 3-də Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı səs-işıq qumbaralarından istifadə ediblər. Müxalifət tərəfdarları isə polisə əşyalar atıblar. Nəticədə onlarla şəxs xəstəxanaya yerləşdirilib.

 

Onu da qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.