Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisi ilə telefonla danışıb.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Rəisiyə insan həyatına son qoyan dəmir yolu qəzası ilə bağlı başsağlığı verib.
Bundan əvvəl KİV İranda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayının 21-ə çatdığını, 80-dən çox insanın yaralandığını bildirmişdi.
Faciə Cənubi Xorasan əyalətində baş verib. İranın Qızıl Aypara Cəmiyyətinin əyalətdəki məlumatına görə, qatarda 430-a yaxın sərnişin olub.