Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimini izləmək üçün İzmirə gəlib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyir.
**01:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimlərinin İzmirdə keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da olacaq hissəsində prosesi izləyəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı “Efes-2022” təlimlərinin mətbuat mərkəzi yayıb.
Bildirilir ki, Türkiyənin dövlət başçısının Azərbaycanın da iştirakı ilə keçirilən təlimlər çərçivəsində nitq söyləyəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, mayın 9-da başlanan təlimlər bu gün başa çatacaq.