Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı “AMC Fight Nights”da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.
Senzor.az bildirir ki, döyüş N.Abbasovun qələbəsi ilə yekunlaşıb.
İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyiblər.
Beləliklə, N.Abbasov çempionluq kəmərini növbəti dəfə müdafiə edib.
Qeyd edək ki, Nəriman bundan əvvəlki görüşünü də Moskvada keçirmişdi. Ötən ilin sentyabrında o, məşhur döyüşçü Həbib Nurməhəmmədovun yeznəsi Şamil Zavurovla qarşılaşmış və elə ilk raundda texniki nokautla qalib gəlmişdi.