Ermənistanın baş nazir Nikol Paşinyana qarşı növbəti dəfə təxribata cəhd olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ararat bölgəsinə işgüzar səfər edən baş nazirin kortejinin keçdiyi yollardan birində vətəndaşlar aksiyaya cəhd ediblər.
"Araratlılar onun yolunu kəsməyə çalışıblar. Etirazçıların çoxu polis tərəfindən saxlanılaraq bölmələrə aparılıb. Hələlik insidenti törədənlərin hansı səbəbdən saxlanıldığı açıqlanmır. İddia olunur ki, onlar təxribata cəhd ediblər. Yayılan kadrlarda isə polis formasında olan şəxslərlə yanaşı mülki geyimdə olan hüquq-mühafizə xidməti əməkdaşlarının da əməliyyata cəlb olunması aşkar görünür", - deyə erməni saytları insidentlə bağlı yazıblar.
Qeyd edək ki, Nikol Paşinyanın kortejinə qarşı bundan əvvəl də təxribat cəhdləri olub.