Terror təşkilatı YPG-nin (PKK-nın Suriya hərbi qanadı) ortaqları Helsinki və Stokholmda Türkiyə əleyhinə aksiyalar keçiriblər.
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, Finlandiya paytaxtında keçirilən aksiyanın iştirakçıları parlament binası yaxınlığında toplaşaraq hakimiyyətdən Türkiyənin Skandinaviya ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı şərtlərini rədd etməyi və Alyansa qoşulmamağı tələb ediblər.
YPG/PKK ortaqları iki saat ərzində Türkiyə əleyhinə şüarlar səsləndiriblər.
Oxşar aksiya Stokholmun Norra-Bantorget meydanında da baş tutub, bir qrup YPG/PKK ortağı İsveç hakimiyyətindən Türkiyəyə silah embarqosu tətbiq etməyi tələb edib.
Aksiya iştirakçıları üzərində qanlı təşkilatın simvolları olan PKK terrorçularının lideri Abdullah Öcalanın təsvirinin əks olunduğu plakat açıblar.
Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bu yana minlərlə türk təhlükəsizlik qüvvələri əməkdaşı, hərbçiləri və mülki vətəndaşları bu qanlı təşkilatın əli ilə qətlə yetiriliblər.
Yeri gəlmişkən, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıblar.
Onu da qeyd edək ki, son illər PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz qollarına yükləməyə çalışır.
Suriyada PKK terrorçuları PYD və YPG adları altında gizlənir, son iki ildə isə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar.
İrana gəlincə, PKK orada Kürdüstan Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.
Senzor.az