Polşa Belarusla sərhəddə 140 kilometrlik səddin tikintisini başa çatdırdı

Polşalı inşaatçılar Belarusla sərhəddə tikilən səddin 140 kilometrlik hissəsində işləri artıq başa çatdırıblar.

 

Polşa mediası xəbər verir ki, yaxın günlərdə səddin üzərində elektron avadanlıqların, o cümlədən müşahidə kameralarının quraşdırılmasına başlanılacaq.

 

Polşa tərəfi Belarusla sərhəd boyu səddin çəkilməsinə yanvarın 25-dən start verib. Tikintiyə üç növbədə çalışan üç min inşaatçı cəlb olunub. Hündürlüyü 5,5 metr olan hasarın ümumi uzunluğu 187 kilometr təşkil edəcək. Texniki təchizatla birgə layihənin dəyəri 1,6 milyard zlotıdır (təxminən 400 milyon dollar). Tikinti işlərinin bu il iyunun 30-dək başa çatacağı gözlənilir.

 

Polşa və Baltikyanı ölkələr Belarus və Rusiyanı süni miqrasiya axınından istifadə edərək hibrid təcavüzdə ittiham edirlər. 2021-ci ildə Belarus-Polşa sərhədini keçməyə 41 mindən çox cəhd göstərilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.