Gürcüstan Prezidenti hökuməti kəskin təqid etdi və...
ƏHALİNİ MİTİNQƏ ÇAĞIRDI

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə respublikanın Avropa kursu üçün mitinq keçirir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Salome Zurabişvili vətəndaşları iyunun 16-da Tbilisidə Avropaya inteqrasiya siyasəti kursuna dəstək aksiyası üçün Avropa meydanına çıxmağa çağırıb.

 

“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək. Əhali, cəmiyyət, mən, siyasi partiyaların nümayəndələri, hakimiyyət - hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”, - deyə Zurabişvili qeyd edib.

 

O, Avropa İttifaqının Gürcüstandakı nümayəndəsini və Aİ ölkələrinin səfirlərini də aksiyaya dəvət edib.


Zurabişvili bildirib ki, mitinq yerli vaxtla saat 17:00-a planlaşdırılıb.

 

Xatırladaq ki, Gürcüsntan Prezidenti bu gün bir sıra məsələlərlə bağlı brifinq keçirib. O, hökumət nümayəndələri tərəfindən verilən bəyanatları ciddi tənqid edib.

 

Prezident çıxışında hökumət nümayəndələrini Avropa İttifaqının qurumları ilə bağlı səsləndirdikləri fikirlərdə ehtiyatlı olmağa çağırıb: "Avroparlamnetariləri, Avropadakı ən güclü partiyanı, həmçinin Avropa parlamentinin sədrinin partiyasını narazı saldıq. Bu gün yenə onları “Bizə status verməsəniz, pərdəni çəkəcəyik” deyə təhdid edirik. Bilmirəm hansı pərdəni çəkirlər, necə çəkirlər, ancaq pərdə bizim üçün asta-asta çəkilib. Məncə, biz bunun dərdini çəkməliyik".

 

Onun sözlərinə görə, Gürcüstan maliyyə kimi önəmli məsələlərdə sanksiyalara qoşulub, ancaq bəzən ölkə rəsmiləri Gürcüstanın heç bir sanksiyalara qoşulmadığını bəyan edirlər: "Rusiya əleyhinə tətbiq edilən sanksiyaları mənfi qiymətləndirirlər. Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişinin olması ölkənin vahid qərarlara qoşulmasının vacibliyini ortaya qoyur. Gürcüstan maliyyə kimi önəmli məsələlərdə sanksiyalara qoşulub, ancaq bəzən ölkə rəsmiləri Gürcüstanın heç bir sanksiyalara qoşulmadığını bəyan edirlər".

 

Zurabişvili həmçinin müxalifətə müraciət edərək bu həlledici məqamda sabitliyi pozmamağa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.