Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində erməni həmkarı Vaaqn Xaçaturyanla danışıqlar aparacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Bu, Putinin Ermənistan Respublikasının prezidenti Xaçaturyanla ilk görüşü olacaq.
Sankt-Peterburqda Putin Bosniya və Herseqovina Rəyasət Heyətinin serb xalqından olan üzvü Milorad Dodik, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də görüşəcək.
Xatırladaq ki, iyunun 15-18-də XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək.