Paşinyan: Koçaryan və Sarkisyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar

“Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan və üçüncü prezidenti Serj Sarkisyan, həmçinin onların orbitlərindəki siyasi partiyalar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar”.

 

“Novosti Armeniya” bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib.

 

Bundan əlavə, o bildirib ki, danışıqlar prosesinin bütün tarixi ərzində onlar Qarabağ barədə “heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar.

 

Paşinyan buna sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in ovaxtkı Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib. Həmin sənəddə Qarabağın Azərbaycanla birlikdə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi deyilir. Sənəddə həmçinin Qarabağ sakinlərinin Azərbaycan vətəndaşı pasportu alacaqları da vurğulanıb.

 

“Bundan Koçaryan, Sarkisyan və Daşnaksütyun partiyasının xəbəri var idi”, - deyə bildirən hökumət başçısı onların Qarabağın Azərbaycanın bir hissəsi olması məntiqi ilə razılaşdıqlarını deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.